Siyavuş Novruzovdan Rövşən Lənkəranski ilə bağlı – Açıqlama

img

23-08-2016 [16:37]


"Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Canıyevlə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir:

"Allah Rəhmət eləsin. Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə, onun yaxınlarına, doğmalarında baş sağlığı verir və Allahdan Rəhmət diləyirəm".

S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: "Aldığım məlumata görə, Rövşən Lənkəranskinin xaricdə, xüsusən də Rusiyadakı azərbaycanlılara çox köməkliyi dəyib. İndi Rövşənin ölüm səbəblərinə görə, hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, açılacaq. Bundan sonra ictimaiyyət məlumatlandırılacaq".

Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA