"Nazirlər, komitə sədrləri xəyanətkar olublar" - Partiya sədrindən sərt ittiham

img

19-08-2016 [15:46]


"Ölkə prezidentinin idmana böyük diqqəti qayğısı var, amma çox təəssüf ki, məmurlar, xüsusən də federasiyalara rəhbərlik edən nazirlər cənab prezidentin bu qayşısını boşa çıxarırlar”.

Bu sözləri Hafiz Hacıyev Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı barədə PİAZ-a danışarkən bildirib.

Qeyd edək ki, Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər bir qızıl belə qazanılmaması, xüsusilə yunan-Roma güləşçimiz Rəsul Çunayevin yarımfinalda erməni rəqibinə məğlub olması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub.

Bir çoxları idmançılarımızın zıif çıxışını İdman və Gənclər naziri Azad Rəhimovun yarıtmaz fəaliyyəti ilə əlaqələndirirlər. Xatırladaq kiŞ Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz feysbuq səhifəsində Çunayevin məğlubiyyətinin ardından A.Rəhimovu sərt tənqid edən status paylaşmışdı. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə naziri tənqid edənləri qınayıb: "Hazırda yarışma davam edir, idmançılarımızın iştirakı bitməyib. Bu günə qədər gümüş və bürünc medallarımız var. Arzu edək ki, qızıl medalımız da olsun. İdmandan anlayışı olanlar bilməlidirlər ki, bu bir yarışmadır, xüsusilə olimpiada idmanın nüvəsidir. Hər bir idmançı çalışır ki, orada uğur qazansın”, hakim partiyanın rəsmisi bildirib.


Mövzu ilə bağlı PİA.AZ-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aşağıdakıları deyib:
"Azərbaycanın idmanı haqqında mən sözümü demişəm. Cahangir Əsgərov kimi idman sahələrini patronajlıqlarında saxlayan məmurlar yararsız məşqçiləri, idmançıları gətirib 1-2 milyona müqavilə bağlayırlar. Məşqçilərə, idmançılara 300-400 verib qalan pulu ciblərinə qoyurlar. Bu hallara görə də olimpiya çempionluğuna ulaşan idmançımız Qazaxıstanı təmsil etdi və qızıl medal Azərbaycana gəlmədi. Bu idmançı elə Azərbaycanı təmsil edə bilərdi. Ölkə prezidentinin idmana böyük diqqəti qayğısı var, amma çox təəssüf ki, məmurlar, xüsusən də federasiyalara rəhbərlik edən nazirlər cənab prezidentin bu qayşısını boşa çıxarırlar. Azad müəllimin işi ancaq idman olmalıdır. Ölkə idman kompleksləri ilə dolub-daşır. Son Avropa oyunlarından zamanı isə Bakıda ən müasir idman meydançaları tikilib, istifadəyə verilib. Amma o qədər pul xərclənməsinə baxmayaraq idmançılarımızın ürək açan nəticələri yoxdur. Digər sahələrdə olduğu kimi idmanda da böyük geriləmələr var. Bunun səbəbi də odur ki, idmanın bir neçə növlərinə patronajlıq və sponsurluq edən nazirlər, komitə sədrləri və başqaları ancaq öz mənfəətləri üçün çalışırlar.

Mən hesab edirəm ki, Azərbaycanda kardinal islahatlar aparılmalıdır. Çünki nazir işləyənlərin özləri də artıq beziblər. Onlarda işlədikləri sahə üzrə maraq yoxdur və heç vaxt da olamyıb. Çünki onlar əvvəldən axıra biznesmen olublar. Nazirlər o qədər pul yığıblar ki, indi elə bil puldan da iyrənirlər. Amma buna baxmayaraq ailələri onları məcbur edir ki, vətəni də, torpağı da, idmanı da satın, nə edirsiniz edin axşam evə çamadanlarla pul gətirin. Azad Rəhimovun nazir postunda olduğu vaxtdan Azərbaycan idmanı hansı vəziyyətdə olduğu göz qabağındadır. Mən Azad Rəhimovdan soruşuram, ölkə prezidentinin idmana ayırdığı pullar hara gedib? Mən o sahəyə rəhbərlik etsəydim indi Azərbaycan dünyada birinci yeri tutardı.

Futboldan başı çıxmayan adama futbol tapşırıblar, hansı ki, iki kəlmə sözü də deyə bilmir. O cümlədən də digər idman növlərində də vəziyyət bu cürdür. İdmançımızın erməniyə uduzması da buna bariz nümunədir. Bu da bir məkrli siyasətdir və məkrli oyunun bünövrəsidir. Yəni nazirlər büyün sahələrdə çalışırlar ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr yerinə yetməsin. Onlar istəslər hər şey edə bilərlər, amma etmirlər. Həm də gərək insanda milli qürur, milli qeyrət ola, amma bunlar bizimkilərdə yoxdur. Nazirlər, komitə sədrləri və digər sahələrə tapşırılan insanların hamısı xəyanətkar olublar. Vaxtilə Heydər Əliyevə xəyanət edənlərin hamısı bu gün hakiyyətdə cəmləşib. Nə vaxta qədər də onlar hakimiyyətdə cəmlənib, Azərbaycanın nə iqtisadiyyatında, nə idmanında, nə aqrar sektorund,a heç bir irəliləyişə nail ola bilməyəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA