İsa Qəmbərin oğlu saxlanıldı - Sərbəst buraxılıb

img

18-08-2016 [12:58]


"Nida" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, İsa Qəmbərin oğlu Turqut Qəmbər bu gün saat 11:30-da Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Bu barədə Musavat partiyasının başqanı Arif Hacılı öz Facebook səhifəsində yazıb. Məlumata görə, hadisə Bakı Apelyasiya Məhkəməsinin qarşısında hazırda həbsdə olan "Nida" üzvü Elgiz Qəhrəmanın məhkəmə prosesinə hazırlıq zamanı baş verib.

Mülki geyimli polis əməkdaşları heç bir səbəb göstərmədən Turqut Qəmbəri aparıblar.

*** 

Turqut Qəmbər sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA