General-polkovnik Elçin Quliyev aprel döyüşlərindən danışdı

img

18-08-2016 [10:40]


"Milli Ordumuzun döyüş ruhu, yenilməzliyi bütün qoşun növlərində özünü göstərir".

Mia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir silah və hərbi texnika ilə təchiz edilən Azərbaycan Silahlı Qüvvələri aprel ayında ermənilərin təxribatına cavab olaraq düşmənin alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları qısa müddət ərzində darmadağın olundu: "Azərbaycan əsgərinin şücaəti və döyüş əzmi Ermənistan hərbi-siyasi rejimini sarsıtdı və düşmən məğlubiyyətin qaçılmazlığını qəbul etmək məcburiyyətində qaldı. Əminik ki, ən qısa müddətdə xalqımız böyük zəfər gününü bayram edəcək, ərazi bütövlüyümüz bərpa olunacaq və bütün sərhəd xətti boyu şanlı dövlət bayrağımız dalğalanacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA