ABŞ Natiq Cəfərlinin həbsindən narahatdır

img

17-08-2016 [11:17]


"REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbs olunması xəbəri ABŞ-ı narahat edib. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat edir".

"Qafqazinfo" xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonerin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.

"Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, Konstitusiya dəyişikliklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik", - deyə bəyanatda vurğulanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA