Sabiq deputatın qızı işdən çıxarıldı - TV-dən açıqlama

img

16-08-2016 [15:15]


Milli Məclisin sabiq deputatı Etibar Hüseynovun qızı Maral Hüseynova işdən çıxarılıb. 

Mia.az bizimyol.info-ya istinadən xəbər verir ki, eks deputat Etibar Hüseynovun qızı, Maral Hüseynova çalışdığı "Xəzər” TV-dən işdən çıxarılıb.

Telekanaldan etibarlı mənbənin sayta verdiyi məlumata görə, Maral Hüseynova xəbərlər xidmətində çalışıb və o, telekanalda gedən dəyişiklik səbəbindən bir neçə gün bundan əvvəl işdən çıxarılıb.

Xəzər televiziyasının mətbuat xidmətinin rəhbəri Aqşin Kamal məsələ ilə bağlı AzNews.az-a açıqlamasında TV-də Maral Hüseynova adlı əməkdaşın çalışmadığını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR