"Prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik” - Amerikalı həmsədr

img

15-08-2016 [18:45]


"ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, həmsədrlər hər iki xarici işlər naziri ilə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar: "Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkə prezidenti danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA