​Müsavatın rayon təşkilatının sədr müavini partiyadan istefa verib

img

15-08-2016 [16:49]


Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov partiya sıralarından istefa verib.

O, istefasını Müsavat Partiyasının hazırki başqanı Arif Hacılının yürütdüyü siyasətlə əlaqələndirib: "Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. 

Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm. Bundan sonrakı siyasətimi isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcəyəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA