"Zərifə Əliyeva? kitabı təqdim olunacaq

img

23-04-2010 [01:11]


Mədəniyyət və Turizm Nazirliyi aprelin 28-i saat 17:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Xarici ədəbiyyat zalında ?Görkəmli adamların həyatı? seriyasından nəşr edilən, böyük elm xadimi, məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş ?Zərifə Əliyeva? bədii-publisistik kitabının təqdimat mərasimini keçirəcək. Məlumat üçün bildirək ki, aprelin 28-i Zərifə xanımın doğum günüdür. Tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın ?Molodaya qvardiya? nəşriyyatında işıq üzü görüb. Zərifə xanımın zəngin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitab bu böyük insana həsr olunmuş çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutur. Oxuculara bəllidir ki, dünya şöhrətli insanlardan bəhs edən nəşrləri ilə məşhur olan ?Görkəmli adamların həyatı? seriyasından Ümummilli lider Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş kitablar da işıq üzü görüb. ?Zərifə Əliyeva? kitabı ?Dastanın başlanğıcı? və ?Əbədiyyət dastanı? adlı giriş və son bölmələri arasına daxil edilən 16 fəsildən ibarətdir. Daha bir kiçik bölmədə Zərifə xanımın həyat və fəaliyyəti qısa xronoloji ardıcıllıqla oxucuya təqdim olunur. Fəsillər isə ?Hippokrat və oftalmologiya?, ?Zərifə və Heydər?, ?Xatirələr... Xatirələr...?, ?Məhəbbət haqqında əfsanə?, ?İnsanlara bəxş olunan işıq?, ?İşığın davamı? və digər maraqlı hissələrdən ibarətdir. Kitab bədii-publisistik üslubda qələmə alınsa da istinad etdiyi çoxsaylı mənbələrə görə həm də ciddi bir araşdırma, tədqiqat işi hesab oluna bilər. Odur ki, kitabın Zərifə Əliyevanın həyat və fəaliyyətini araşdıran insanlar üçün də maraqlı olacağını düşünürük.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA