Müğənni Bagira ?Google?u məhkəməyə verir...

img

26-04-2010 [04:33]


Müğənni Bagira ?Google? axtarış sistemini məhkəməyə verməyə hazırlaşır. Bu barədə Lent.az-a müğənninin mətbuat katibi Mikayıl Hüseynov məlumat verib: ?Bagira həyatında yeni səhifə açmağa qərar verib. Birincisi, o, üzübağlı fotosessiya çəkdirəcək. İkincisi...? Mətbuat katibi Bagiranın ?yerli? saytlarla mübarizəyə başlamağa qərar verdiyini və bütün saytlardan çılpaq şəkilləri yiğişdirmaq niyyətində olduğunu deyib: ?Dünən o mənə qəzəblə zəng edib dedi, xəbərin var, yeni sayt açılıb, bütün günü orda mənim çılpaq şəkillərimi göstərirlər! Soruşdum ki, hansı saytı deyirsən, mənə nə desə yaxşıdır? www.google.az saytı... ?Yeni? sayt onu çox qəzəbləndirmişdi, mənə dedi ki, elə bil o saytda məndən başqa adam yoxdu, ?Bagira? yazıram, sayt əvvəldən-sonadək ancaq mənim çılpaq şəkillərimi verir!? Mətbuat katibi Bagiranın qərarında qəti olduğunu deyib: ?Onu başa salmaq istədim, lakin qərarında qəti olduğunu deyib, məni eşitmək istəmədi...?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA