12-08-2016 [18:24]
Ötən həftə "Ağ yol”da ən çox müzakirə olunan mövzular MDB-də ən böyük İnternet Hərəkatı olan "Ağ yol”un "Facebook”dakı səhifə və qruplarının üzvlərinin sayı artmaqda davam edir. 24 saat ərzində operativ fəaliyyət göstərən "Ağ yol” da avqust ayənın ilk on günündə ən çox müzakirə olunan mövzulardan biri Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin ayın 8-də Bakıya səfərləri olub.
Yazılan şərhlər və paylaşımlar üzərində aparılan müşahidələr, təhlillər göstərir ki, prezidentlərin Bakı səfəri Azərbaycanın güclü geosiyasi və geostrateji mövqeyinin olmasını bir daha təsdiqləyir. Eyni zamanda ölkə başçısının apardığı balanslı siyasətin effektiv nəticəsini ortaya qoyur. Həm Vladimir Putin, həm də Həsən Ruhani keçirdikləri brifinqdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladılar və ölkəmizlə hərbi, iqtisadi, siyasi sahədə əməkdaşlıq edəcəklərini qeyd etdilər. Prezidentlərin birgə Bakı bəyannaməsi ölkəmizin regional siyasi və iqtisadi proseslərdə həlledici rol oynadığını sübut etdi.
Ən çox müzakirə olunan mövzulardan biri də Türkiyədə 15 iyul dövlət çeveilişinə cəhd və ondan sonra yaşanan olaylarla bağlı idi. Bu mövzudada edilən paylaşımlar, yazılan şərhlər başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, hakim AKP iqtidarına, bir sözlə, Türkiyə dövlətinə dəstəyi özündə ehtiva edib. Səhifə izləyiciləri kənar qüvvələrin Türkiyədə xaos yaratmaq cəhdlərini birmənalı pisləyib, dövlətin güclənməsi üçün vətəndaş həmrəyliyinin qorunmasının vacibliyini vurğulayıblar.
"Ağ yol” səhifə və qrupunda müzakirə olunan digər məsələlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri, həmçinin idmançılarımızın Braziliyada keçirilən yay olimpia yarışlarındakı iştirakı ilə bağlı olub.
Qeyd edək ki, yarandığı gündən fəallığı ilə seçilən və müzakirələrə açıq olan "Ağ yol” səhifəsində gün ərzində bir-birindən maraqlı ictimai, siyasi, iqtisadi xəbərlər, ölkəmizdə və dünyada baş verən yeniliklər, aforizmlər, tarixi şəxsiyyətlərin həyatlarından bilgilər, elm və təhsillə bağlı məlumatlar, məntiqi suallar paylaşılır. Ağ Yol" Vətəndaş Hərəkatı 01 iyul 2013-cü il tarixində yaranıb. Bu müddət ərzində "Ağ Yol" ilk növbədə bir internet hərəkatı kimi formalaşmış və sürətlə yüzminləri əhatə edən virtual məkana çevrilib.
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR