"Azərbaycan istədiyi yerdən silah ala bilər" - Putin

img

10-08-2016 [23:12]


Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir.

Mia.az-ın Report-a-a istinadən verdiyi xəbərə görə, bu barədə ermənistanlı həmkarı Serj Sarqsyan ilə keçirdiyi birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin Ermənistana və Azərbaycana silah satışı ilə bağlı suala cavab verərkən deyib.

Rusiya lideri vurğulayıb ki, bu gün müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər:

"Misal olaraq deyə bilərəm ki, neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA