"Azərbaycan səhiyyəsinin evin Əhliman Əmiraslanov yıxdı" - Partiya sədrindən şok ittiham

img

10-08-2016 [21:09]


Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyəti də heç kimə sirr deyil. Azərbaycanda əhalinin böyük hissəsi səhiyyənin vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından, xəstəxanalardakı vəziyyətdən narazdır. 

Fakt budur ki, vətəndaş ölkə səhiyyəsinə etimad göstərmir. Özəl və dövlət xəstəxanalaında göztərilən xidmətlərin səvissəsi həddindən aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həmçinin ölkədədərmanlar baha və keyfiyyətsizdir. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatınıön gündəmindən düşmür. Yəni, qısacası Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir. Bu üzdən də Azərbaycan vətəndaşları bir qayda olaraq xaricdə müzlicə olunmağa üstünlük verirlər. Adətən varlılar və məmurlar Avropa ölkələrində, orta təbəqə isə İranda müalicə olunmağa üstünlük verirlər.

Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a verdiyi açılamasında qeyd edib ki, Azərbaycan səhiyyəsində müəyyən kadr islahatları aparılmalıdır və bu kadr islahatlarının aparılması üçün də nazir cəsarətli addım atmalıdır:

"Azərbaycanda problem olmayan sahə yoxdur. Bu gün elə bir şərait yaranıb ki, hər şeyə böyük təzyiqlər var. Yəni hər bir sahədə Azərbaycanda problem var. Amma demək istəyirəm ki, əvvəlki illərə müqayisədə səhiyyədə müəyyən irəliləyiş olub. Buna baxmayaraq səhiyyədə müəyyən kadr islahatları aparılmalıdır. Kadr islahatlarının aparılmasında da nazir cəsarətli addım atmalıdır. Son vaxtlar səhiyyəmizdə dəhşətli problemlər oldu. Məsələn insanın sağlam qılçasın kəsirlər, insanların sağlam gözün kor edirlər və s. Bir söznən o biri sahələr necədirsə, səhiyyəmizdə də elə bir vəziyyət yaranıb. Əgər biz bütün sahələrdə islahatlar aparmasaq, vəziyyət gərginləşə-gərginləşə gedəcək. Bu sözləri deyənlərə də ciddi təzyiqlər olur. Biz demirik həkim işləyək, hərənin öz sahəsi var. Amma ictimaiyyət arasında olan problemləri, müzakirə olunan məsələləri biz gündəmə çıxarmaq istəyirik.

Prezidentdə müşavirələrdə həmişə deyir ki, mənə ictiamiyyətin köməyi lazımdır. Biz də əlimizdən gələn köməkliyi edirik. Amma bir çox nazirlər bizim sözlərimizdən inciyirlər. Rayon təşkilatlarımız bir gündə bizə nə qədər məlumatlar verirlər. O məlumatları oxuyanda adamın ürəyi partlayır. Məsələn Salyan rayon səhiyyəsində çox ciddi problemlər var. Salyan rayonunun baş həkimi Müdafiə Sənayesi nazirinin qohumudur. Baş həkim səhiyyənin maşınından idarə edir və Salyanda səhiyyə batıb gedir. Nazirlə qohum olmasından istifadə edib camaatı incidir, pul yığır və s. Bunların hamısı bizə məlum olan işlərdir. Biz bu problemləri aydiyyatı orqanlara çatdırırıq, amma heç bir tədbir görülmür. İctimaiyyət arasında olanda da bizə sual verirlər ki, siz hara baxırsınız? Səhiyyəmiz, təhsilimiz, kənd təsərrüfatımız bərbad gündədir. Bu sahələrə böyük kapital qoyulub, amma kapitallar heç bir səmərə vermir.

Bu baxımdan səhiyyədə də ciddi kadr islahatları aparılmalıdır. Oktay Şirəliyevə mənim hörmətim var, çünki nazir olanan müəyyən işlər görübdür. Amma görünür Oktay müəllim də hardasa qısılır, hardasa ona da imkan vermirlər ki, ciddi islahatlar aparsın. Bütün bu işlərin başında da bir-iki nəfər durur. O insanlar getməyənə qədər Azərbaycanda nə islahat gedəcək, nə kənd təsərrüfatı inkişaf edəcək, nə iqtisadiyyat düzələcək, nə də insan amilinə hörmət olacaqdır. Biz o bir-iki nəfəri gözləməliyik. Cənab prezidentdə onların öhtəsindən gələ bilməyəcəksə, onları Allaha tapşıraq. Onlar gedəndən sonra Azərbaycan xalqı rahat nəfəs alacaq.

Azərbaycan səhiyyəsi o qədər inkişaf edibsə, onda niyə Oktay müəllim gedib Almaniyada müalicə olunur? Niyə öz həkimlərinə müalicə olunmur? Bu gülməli bir analoqdu. Səhiyyə naziri getsin Almaniyada müalicə olunsun sonra da desin ki, bizim səhiyyə də inkişaf edir. Mən də nazir olmuşam və bilirəm ki, bunları deməyin yeri var. Axı ictimaiyyətin qəbul etmədiyi məsələlər var. Jurnalistlər də bu cür məslələrin incəliyinə gedir və bizə sual verirlər. İndi mən də deyə bilmərəm ki, Azərbaycanda səhiyyə əladı, çünki əla deyil.

Onu da qeyd edim ki, Azərbaycan səhiyyəsinin evin Əhliman Əmiraslanov yıxdı. Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyi 15 ildə Azərbaycan səhiyyəsinə kadr verə bilmədi. Çünki onun dövründə Tibb Universitetində oxuyan bütün qızlar böyük adamların övladları idi. Həmin qızları da Əhliman Əmiraslanov vəzifəli şəxslərə pulnan satırdı. Buna görə mən indi Oktay müəllimi qınaya bilmirəm. Oktay Şirəliyev də bəzi məsələləri deyə bilmir, çünki ya qorxur, ya da çəkinir. Amma reallıq budur ki, Azərbaycan səhiyyəsi acınacaqlı vəziyyətdədir. Mən də həmişə reallığı demişəm. Ona görə də imkan vermirlər ki, həyatda rahat nəfəs alam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq