"Azərbaycan və Ermənistan kompromisli həllə nail ola biləcəklər" - Putindən Qarabağ açıqlaması

img

10-08-2016 [20:09]


"Rusiya rəsmi Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasında maraqlıdır”.

Bunu Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisiyanla görüşünün yekununda deyib.

O bildirib ki, Rusiya nəticənin əldə olunmasına yönəlik fəaliyyətini davam etdirəcək: "Qarabağ düyünün açılmasına həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də İrəvan və Bakı ilə birbaşa təmaslarla hər cür yardım etməyə davam edəcəyik. Ümid edirik ki, Azərbaycan və Ermənistan qalib və məğlub olmadan kompromisli həllə nail ola biləcəklər”.

Putin əlavə edib ki, Rusiya və bəzi digər Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə bilər.

apa.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA