Məlahət ibrahimqızı: "Azərbaycanın Türkiyəni yetərincə dəstəkləmədiyini iddia edənlər erməni siyasətinə xidmət edir"

img

22-04-2010 [03:33]


?Azərbaycan ? Türkiyə münasibətlərinə xələl gətirmək istəyən bir sıra qüvvələr fəallaşıblar. Onlar çalışırlar ki, iki qardaş dövlət arasında müəyyən problemlər yaradılsın. Ona görə də, guya Azərbaycanın uydurma ?erməni soyqırımı? məsələsində Türkiyəyə yetərincə dəstək verməməsi iddiası ortaya atılıb?. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan ? Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, belə iddia irəli sürənlər əslində erməni siyasətinə xidmət edirlər. Onun sözlərinə görə, hər iki dövlətin münasibətlərini xarakterizə edərkən Ulu Öndər Heydər Əliyevin ?bir millət, iki dövlət? kəlamını xatırlamaq yerinə düşər. Eyni zamanda, Azərbaycan və Türk diaspor təşkilatlarının birinci qurultayında Prezident İlham Əliyev ?bir millətin iki diasporu ola bilməz? fikrini vurğulayıb. M.İbrahimqızının fikrincə, hər iki ifadə Azərbaycan ? Türkiyə münasibətlərinin miqyasını özündə ehtiva edir. ?Hər iki dövlət bütün hallarda bir-birilərini dəstəkləyib. Türkiyə ilə Azərbaycan arasında soyuqluq yaratmaq ermənilərin maraqlarına uyğundur. Biz birlikdə daha güclüyük? deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA