Mərkəzi Seçki Komissiyası DSK-ların fəaliyyəti ilə bağlı monitorinqləri baza çatdırdı

img

21-04-2010 [12:32]


Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, MSK aprelin 5-dən etibarən dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlamışdı. Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılmış, həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparıblar. Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə edib. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə Mərkəzi Seçki Komissiyasının iclasında qiymət veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA