Ramin Musayev: ?Altılıq? sistemi özünü doğruldub və bu format dəyizməməlidir?

img

22-04-2010 [02:04]


?Mənim fikrimcə, ?altılıq? sistemi qalmalıdır. Hesab edirəm ki, bu format özünü tam doğruldub?. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev AFFA İcraiyyə Komitəsinin aprelin 27-də Unibank Premyer Liqasının formatına dair aparılacaq müzakirələrlə bağlı fikirlərini açıqlayarkən deyib. ?Altılıq? formatının qalmaq ehtimalı nə qədərdir? sualına cavabında R.Musayev bununla bağlı hələ heç bir söz deyə bilməyəcəyini vurğulayıb. ?Bu gün çempionatın formatı ilə bağlı müəyyən təkliflər var. Kimisi Premyer Liqanın 10, kimisi 12, kimisi də 16 komanda ilə keçirilməsini istəyir. Hazırda çempionatı 16 komanda ilə keçirmək fayda verməyəcək. Çünki yarışlara qatılacaq əlavə dörd klubun maddi imkanları aşağıdır. Bu mənada, mən 12 komandalı sistemin tərəfdarıyam. ?Altılıq? sistemində biz gərgin oyunların şahidi oluruq. Çempionatın başa çatmasına dörd tur qalsa da, hələ çempionun və digər mükafatçıların kim olacağı müəyyənləşməyib. Reallıqla barışmaq lazımdır. Bu sistem özünü doğruldub və onun formatı dəyişməməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA