Prezident İlham Əliyev Putinə təşəkkür etdi - Qarabağ nizamlanmasındakı fəallığına görə...

img

08-08-2016 [17:53]


Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi məlumata görə, İ. Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.

O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub:"Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram”.

İ. Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: "Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”.

O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA