Bakı sammitinin bəyannaməsi: "Həll edilməyən münaqişələr bölgədə əməkdaşlığa böyük maneədir"

img

08-08-2016 [17:13]


"Tərəflər regionda həll edilməyən münaqişələrin bölgədə əməkdaşlığa böyük mane olduğunu etiraf edirlər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannaməsinin layihəsində vurğulanıb.

Sənəddə münaqişələrin beynəlxalq hüquq normaları əsasında və danışıqlar yolu ilə həll edilməsi qeyd edilib.

Layihədə tərəflər Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini etiraf ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA