Referendum bülletenləri çap edilir - FOTOLAR

img

08-08-2016 [12:30]


Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.

Məzahir Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilib və 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) bülletenin çap olunması qərara alınıb. Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

MSK sədri əlavə edib ki, səsvermə bülletenləri ilkin olaraq ucqar dairələrə göndəriləcək. O, bildirib ki, birinci mərhələdə Naxçıvan Muxtar Respublikana veriləcək. Daha sonra isə digər ərazilərə çatdırılacaq. Ən sonda Bakı ətrafı və paytaxtdakı seçki dairələrinə paylanılacaq. Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA