"Çörəyin qiyməti məhz bu səbəbdən bahalaşdırıldı" - Partiya sədri

img

05-08-2016 [16:52]


"Dünya bazarında unun qiymətinin ucuzlaşdığı bir zamanda Azərbaycanda çörəyin qiymətinin bahalaşdıırlması prezidentə qarşı təxribatdır”.

Bunu 24saat.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Partiya sədrinin sözlərinə görə, məmur kontingentinin belə bir təxribata əl atmasına səbəb xalqı prezidentə qarşı qaldırmaq niyyətidir: "Bu təxribatın arxasında məmurlar dayanır və onların məqsədi çörəyin qiymətini bahalaşdırmaqla xalqda ölkə başçısı ilə bağlı narazılıq yaratmaq, onları üz-üzə qoymaqdır. Çörəyin qiyməti məhz bu səbəbdən bahalaşdırıldı. Halbuki, normalda belə bir bahalıq üçün iqtisadi əsas yox idi. Bu bahalıq hakimiyyət daxilində yer alan və xalqla prezidenti qarşı-qarşıya qoymaq istəyən məmurların növbəti xəyanətindən başqa bir şey deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA