Məmmədyarov Lavrov və Kerri ilə görüşəcək

img

02-08-2016 [10:40]


Avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü baş tutacaq.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am” saytına müsahibəsində deyib.

"Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb” - deyə, konqresmen bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA