"Bizə diktə etmək və şərtlər qoymaq lazım deyil" - Qırğızıstan prezidenti Ərdoğana kəskin cavab verdi

img

01-08-2016 [11:47]


Qırğızıstan prezidenti Almazbek Atambayev rəsmi Ankaranın Fətullah Gülən tərəfdarları tərəfindən onun ölkəsində çevriliş ola biləcəyi barədə bəyanatı absurd adlandırıb.

Bu barədə "İnterfax” xəbər verib.

"Bu absurddur. Yaxşısı budur o, (red: Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu) öz ölkəsində baş verənləri anlasın. Çünki onlar ölkədə çevriliş cəhdindən xəbərsiz olublar”, – deyə Atambayev vurğulayıb.

Qırğızıstan prezidenti qeyd edib ki, Gülənlə bağlılığı iddia edilən liseylər"Respublika ərazisindədir və Təhsil Nazirliyinin təsdiqlədiyi plan əsasında fəaliyyət göstərirlər”. 

Almazbek Atambayev əlavə edib ki, Qırğızıstan müstəqillik illərində göstərdiyi yardımlara görə Türkiyəyə minnətdardır: "Lakin bizə diktə etmək və şərtlər qoymaq lazım deyil. Bizi öyrətmək və qorxutmaq da lazım deyil”. 

Azvision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA