30-07-2016 [14:29]
Gəncə şəhərində Tələbə Gənclər Təşkilatlarının ilk Regional Forumu keçirilib.
Mia.az xəbər verir ki, Forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində Tələbə Gənclər Təşkilatlarının fəal iştirak etdiyini qeyd edib.
O, dövlətin gənclərə göstərdiyi qayğıdan danışaraq bildirib ki, Azərbaycanda yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənc nəsil formalaşır: "Dövlətimiz gənclərin geniş elmi-yaradıcı təfəkkürə malik olmaları üçün onların ən yüksək standartlara uyğun təhsil almasını əsas vəzifələrindən biri kimi müəyyən edib".
V.Quliyev deyib ki, Tələbə Gənclər Təşkilatları ali təhsil müəssisələrində gənclər siyasətini həyata keçirməklə yanaşı, tələbələrin sosial problemlərinin həll olunmasında, hüquqlarının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, müxtəlif sahələr üzrə innovativ layihələrinin reallaşdırılmasında, tələbələrin beynəlxalq layihələrdə təmsilçiliyində yaxından iştirak edirlər: "Onlar nəinki paytaxt Bakı şəhərində, eyni zamanda regionlardakı ali təhsil ocaqlarında da fəallıq nümayiş etdirirlər.
Bu gün Azərbaycan tələbələri Avropa Tələbələr Birliyində çox fəal təmsil olunurlar. Həm Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, həm də Azərbaycan Tələbələr Birliyi sözügedən qurumun tamhüquqlu üzvüdürlər. Hər iki təşkilat sözügedən beynəlxalq qurumun işində fəal iştirak edirlər".
V.Quliyev təhsil müəssisələri və tələbələrin üzərinə düşən vəzifələrdən də söz açıb.
Qeyd edib ki, hər bir ali təhsil müəssisəsi milli mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı gənclərin formalaşmasında əlindən gələni əsirgəməməli, ölkəmizin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirməlidirlər:
"Təbii ki, tələbələr də onlara yaradılan imkanlardan səmərəli istifadə etməli, mükəmməl təhsil almalıdırlar. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktuallaşdırır. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurla addımlayan ölkəmizdə gənclərimiz milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşatmalı, ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməlidirlər. Bunun üçün kifayət qədər imkan vardır".
O, Regional Forumun əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha effektiv qurulması, əməkdaşlıq imkanlarının yaranması, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılması baxımından vacib olduğunu bildirib.


İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR