30-07-2016 [14:17]
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Malik Ələsgərovun adından Mia.az-a cavab məktubu göndərilib.
Xatırldaq ki, bir neçə gün əvvəl Mia.az Strateq.az-a istinadən xəbər vermişdi ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev Ədalət partiyasının rayon təşkilatının sədri Elşad Qafarovu müxtəlif qurumlara rayonda baş verən qanunsuzluqlarla bağlı şikayətlər yazdığı üçün tutduirub.
Bu xəbərlə bağlı Mia.az-a İcra Hakimiyyətindən göndərilən açıqlamada bildirilib ki, iyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə Ədalət partiyasının rayon şöbəsinin sədri, Daşkəsən şəhər sakini Elşad Qafarov cinayət məcəlləsinin xuliqanlıq - 221.1-ci maddəsi ilə ittiham olunaraq 8 ay müddətində azadlıqdan məhrum edilib:
"Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarovun həbsində heç bir siyasi motiv yoxdur. O, cinayət əməlinə yol verib, buna görə də həbs edilib.
E.Qafarov bir neçə ay öncə rayonda su xətti çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşlarını təhqir edib. Daşkəsən şəhəri ərazisində su çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşları ilə onun arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Qafarovun qohumu yaşayan evin qarşısından keçən küçədə su xəttinin çəkilişi aparılan zaman E.Qafarov ora gələrək iddia etmişdir ki, guya onun qohumunun evinə ziyan dəyib. Bunun müqabilində «Çakır Yapı» şirkətindən külli miqdarda pul tələb edib.
Şirkət isə onun iddiasının əsassız olduğunu bildirəndə mübahisə düşüb. Nəticədə Elşad Qafarov bir neçə şirkət əməkdaşılarına ağır xəsarət yetirib. «Çakır Yapı» şirkətinin işçilərindən bəziləri hətta xəstəxanada müalicə olunublar. Halbuki şirkət bütün işlərini təsdiq olunmuş layihə üzrə aparır. Qazılmış ərazilər isə işlər başa çatdıqdan sonra dərhal əvvəlki qaydasına salınır.
Bundan sonra isə döyülən işçilərin iddiası ilə E.Qafarova qarşı rayon məhkəməsinə yazılı sürətdə şikayət olunub. Məhkəmə prosesi davam edən 3 ay müddətində özünə qarşı hansısa siyasi təzyiqin olmasından şikayət etməyən Qafarov sonradan siyasi oyunbazlıq edərək - yəni həbs olunduqdan sonra bu hadisəni siyasiləşdirməyə çalışır və düşünür ki, bu yolla üzərindəki məhkəmə hökmünü ləğv etdirə bilər.
Şirkətin zərərçəkmiş əməkdaşlarının hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində, xuliqanlıq maddəsi ilə barəsində cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsinin qərarına əsasən də iyulun 27-də E.Qafarov 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bəs o zaman sual olunur: Nədən Qafarovun yaxınları bu hadisəyə siyasi don geyindirmək istəyir.
Yaxşı məlumdur ki, Ədalət Partiyasına qarşı nəinki hansısa rayonda, kənddə, hətta paytaxtda belə heç bir basqı, təzyiq faktı mövcud deyil və belə bir hadisəyə rast gəlinməyib də. Ümumiyyətlə, Ədalət partiyası ölkə ərazisində fəaliyyət göstərən radikal partiyalar sırasında deyil. Belə olan təqdirdə Qafarovun hadisələri siyasiləşdirmək istəməsi tamamilə aydındır.
Elşad Qafarov dəfələrlə rayonda təmsil etdiyi siyasi partiyanın adından sui-istifadə edərək vəzifəli şəxslərə təzyiq etmiş, onlara qarşı şər-böhtan ataraq çirkin niyyətlə pul tələb etmişdir. Bu gün də bu cinayət hadisəsi siyasi motiv deyil, o, cinayət əməlinə görə istintaqa cəlb olunaraq barəsində qəti imkan tədbiri seçilmişdir.
Amma burada diqqət çəkən bir məqam da var ki, baş verən hadisələr tam araşdırılmadan bəzi sosial şəbəkələr bu cinayət hadisəsini özlərinin siyasi maraqları aspektindən təqdim etməyə çalışırlar ki, bunun da adına ən yumşaq formada sui-istifadə demək olar".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR