"Məhkəmənin qərarı ilə razı deyilik" - Mirşahindən etiraz

img

29-07-2016 [14:52]


"Məhkəmənin ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilməsi barədə qərarı ilə razı deyilik. Bu qərardan müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik”. 

Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev  deyib(APA).

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, şirkət Ali Məhkəməyə kassasiya şikayəti verə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR