ümid Partiyası da etiraz aksiyaları keçirməyə qərar verdi

img

21-04-2010 [12:29]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasın gündəliyində iki əsas məsələnin müzakirəsi dayanıb: Ümid Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin təsdiqi və kütləvi aksiyalara münasibət. Keçən iclasında Rəyasət Heyəti 2010-cu ilin parlament seçkilərində iştirak edəcək 30 nəfərin namizədliyini təsdiq etmişdi. Bu toplasında da növbəti 32 nəfərin namizədliyi təsdiq edilərək ümumi siyahı 62-yə çatdırıldı. Digər namizəd iddiaçılarının məsələsinə Rəyasət Heyəti növbəti toplantısında baxılacaq. Gündəlikdə duran ikinci məsələ kütləvi aksiyalara münasibət və mitinq komitəsinin yaradılması idi. Öncəliklə, digər müxalifət partiyalarının mitinq və ya piket keçirmək qərarlarına qeyri hüquqi yanaşılması, icazə verilməməsi və aksiyaların polis zorakılığı ilə dağıdılması pislənildi. Ümid Partiyasının Rəyasət Heyəti bu kimi halların Azərbaycan Respublikasının Konstitusiyasına, ?Sərbəst toplaşmaq haqqında? və ?Siyasi partiyalar haqında? qanunlara zidd olduğunu bəyan edib. Daha sonra iclasda Ümid Partiyasının ?Seçki öncəsi mühitin demokratikləşdirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi? tələbi ilə kütləvi aksiyasının keçirilməsi qərarı qəbul olundu və aksiyanın yeri və zamanı müəyyənləşdirildi və mitinq komitəsi yaradıldı. Bakı şəhər İcta Hakimiyyətinə 1 may şənbə günü saat 15:00-da Nərimanov kinoteatrının qarşısında, keçmiş Qələbə kinoteatrının qarşısında və s. yerlərdən birində mitinq keçirilməsi ilə bağlı müraciət qəbul olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA