Azərbaycan nümayəndə heyəti AŞ PA-nın yaz sessiyasında iztirak edəcək

img

22-04-2010 [04:44]


Aprelin 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rafael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. Sessiyada Assambleya Bürosunun, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA