28-07-2016 [12:31]
"Seçki hüququnun müxtəlif formalarda istənilən məhdudlaşdırılması demokratik düşüncəyə mahiyyətcə ziddir. Ancaq burada aşağı yaş həddinin ağlabatan formada məhdudlaşdırılması sadəcə qaçılmazdır. Bu da insanın siyasi və ictimai həyata iştiraka hazır olması baxımından optimal yaş həddinin müəyyən edilməsi ilə bağlıdır”.
Bunu "Azərbaycan” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov yeni Konstitusiya Aktında seçki hüququ ilə bağlı yaş həddi məhdudiyyətinin götürülməsinə münasibət bildirərkən deyib.
Ə. Əhmədov deyib ki, hazırkı Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır: "Söhbət seçmək və seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan qədər aradan qaldırmaqdan gedir. İnsan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmırsa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətcə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir”.
Baş nazirin müavini bildirib ki, Azərbaycan haqqında söhbət gedən məhdudiyyəti aradan qaldıran yeganə ölkə deyil: "Səhv etmirəmsə, Fransada prezident seçilmək üçün yaş senzi adlanan məhdudiyyət mövcud deyil. Burada seçilmək hüququ seçmək hüququ olan bütün vətəndaşlara şamil edilir. Əlbəttə, bu cür normanı qəbul etmiş digər ölkələr də var və mən onların hamısını sadalamaq fikrində deyiləm.
İkincisi, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir.
Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçicilərin rəyindən asılıdır. Fikrimin təsdiqi olaraq bir faktı nümunə gətirmək istərdim. Ölkələrin çoxunda prezident seçilmək üçün aşağı yaş həddi 35-dir. Lakin həmin ölkələrdə kiminsə 35 yaşında prezident vəzifəsinə seçildiyini xatırlaya bilmirəm.
Məsələnin nəzərə alınması çox vacib olan bir cəhəti unutmamağınız gərəkdir. Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyil. Bununla əlaqədar digər şərtlər də yerinə yetirilməlidir. Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını genişləndirir.
Üçüncü bir məqam da var ki, onu da gözardına almaq düzgün olmazdı. Müxtəlif dövrlərdə ayrı-ayrı xalqların tarixində çox gənc yaşlarında qeyri-adi istedadlı tarixi şəxsiyyətlərin yetişdiyi heç kimə sirr deyil. Bu cür şəxsiyyətlər elmdə, mədəniyyətdə olduğu kimi, siyasət sahəsində də olub.
Etiraf etməliyik ki, həmin tarixi şəxsiyyətlər bəşəriyyətin inkişafına müstəsna töhfələr verib. Deməli, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etmək üçün, əslində, yaş həddi anlayışı yoxdur. Ona görə də prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm”.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR