27-07-2016 [19:39]
"Bu gün müdafiə sənayesi naziri Yavər Camalov ilə birgə Şirvanda nazirliyin zavodu ərazisində baş verən partlayış ərazisində olduq, hadisə zamanı xəsarət alan yaralılarla, dünyasını dəyişən 2 şəxsin ailələri ilə görüşdük. Şəhərdə heç bir ajiotaj yoxdur, hazırda tam sabitlikdir və hər kəs bunu bir qəza olduğunu deyir”.
Bunu Milli Məclisə Şirvan şəhərindən seçilmiş deputat Rəfael Cəbrayılov ötən gün şəhərdə Müdafiə Sənayesi Nazirliyinin zavodunda baş vermiş partlayışla bağlı son durumu şərh edərkən bildirib.
O qeyd edib ki, süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar: "Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Onlardan biri bizim qonşudur. Bu gün dəfndə iştirak etdik. Xəstəxanada 5 nəfər yaralı da var ki, onların da heç bir həyati təhlükəsi yoxdur".
R. Cəbrayılov bildirib ki, hadisə nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb:"Onlardan çoxunun yaraları çox yüngül olduğu üçün ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün hamısına baş çəkib tək-tək söhbət etdik. Hamısı bunun bir qəza olduğunu bildirdilər. Bu, istənilən ölkədə baş verə bilər. Ümumi xəsarət alanlar bu qədərdir və bundan artıq heç bir itki yoxdur. Şirvan kimi şəhərdə itkini gizlətmək mümkün deyil. Sadəcə Şirvanda bəzi insanlar var ki, jurnalist adı ilə çıxış edərək hadisədən siyasi ajiotaj yaratmaq istəyirlər, yerli camaatda dövlət qurumlarına, deputata qarşı narazılıq yaratmaq istəyirlər. Halbuki bu şəxslər nə dəfn mərasimində olublar, nə də xəsarət alanlara baş çəkiblər".
Deputat onu da qeyd edib ki, hadisə zamanı yaxınlıqdakı evlərə də ziyan dəyib:"Dəymiş zərərMüdafiə Sənayesi Nazirliyi tərəfindən qarşılanacaq. Nazir bu gün mənimlə birgə bütün xəsarət alanlarla görüşüb öz dəstəyini ifadə etdi”(APA).
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR