"Rusiyada bir qəpik də olsun investisiyam yoxdur” - Donald Tramp Putinlə dostluğunu rədd elədi

img

27-07-2016 [15:48]


ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp prezident Putinlə dost olması və Rusiyada biznesi barədə gəzən şaiyələri təkzib edib.

Bu barədə Tramp özünün tvitter səhifəsində bəyanat verib: "Rəsmi şəkildə bəyan edirəm ki, mənim Rusiyada bir qəpik də olsun investisiyam yoxdur”. 

Tramp həmçinin Demokrat partiyasının əməkdaşlarının məktublarını "Vikiliks”ə ötürən Rusiyalı hakerlərin ona kömək etməsi barədə yayılan məlumatı rədd edib:"Demokratlar "Vikilks”lə bağlı axmaq səhvlərindən diqqəti yayındırmaq üçün deyirlər ki, bu, Rusiya və Trampın işidir. Bunu demək ağılsızlıqdır!”.

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA