Mədəniyyət və Turizm Nazirliyi yeni layihə həyata keçirir

img

20-04-2010 [05:42]


Mədəniyyət və Turizm Nazirliyi mahiyyət etibarı ilə yeni layihə həyata keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazirliyin sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar təşkil olunur. Seminarlar Gəncə, Lənkəran, Şirvan şəhər, Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunmuşdur. Nazirliyin təşəbbüsü ilə həyata keçirilən bu layihə il ərzində davam etdiriləcək. Seminarlar zamanı "Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri", "Mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması", "Mədəniyyət və təbliğat", "Mədəniyyət və diplomatiya", "Milli Azərbaycan mədəniyyəti", "Azərbaycan mədəniyyətinin tarixi" kimi mövzular ətrafında geniş diskussiyalar aparılır. Nazirliyin bu cür təşəbbüsləri regionlarda çalışan əməkdaşların təfəkkürünün müasirləşməsi və yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsində böyük əhəmiyyətə malikdir. Seminarlar eyni zamanda Nazirliyin regionlara olan qayğı və diqqətinin artırılmasının təzahürü kimi də qiymətləndirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA