Bakıda Qara Qarayev adına Pianoçuların I Beynəlxalq Elmi-ifaçılıq müsabiqəsi keçiriləcək

img

26-03-2010 [01:11]


Bu ilin sonunda Bakıda Qara Qarayev adına Pianoçuların birinci Beynəlxalq Elmi-İfaçılıq müsabiqəsi keçiriləcək. Müsabiqəninin təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın Orta İxtisas musiqi məktəb-studiyasıdır. Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunan müsabiqə və konfrans Heydər Əliyev adına Fondun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Musiqi Xadimləri İttifaqının dəstəyi ilə həyata keçirilir. İdeya müəllifi və layihənin bədii rəhbəri ? Azərbaycan Respublikasinin əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur. Beynəlxalq müsabiqə 1 ? 10 dekabr 2010-cu il tarixində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA