26-07-2016 [15:57]
"Konstitusiyaya dəyişikliyi ilə bağlı referendumun həyata keçirilməsinə görə təbliğat və təşviqat kampaniyasına başlayacağıq. Aparılacaq təbliğat və təşviqatın istiqamətləri, forması və bu barədə konkret müzakirələr ölkə başçısı tərəfindən referendumun vaxtının müəyyən olunmasından sonra bilinəcək”.
Bu barədə Modern.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
O, baş tutacaq referendumdan danışaraq bildirib ki, təbliğat və təşviqat zamanı Konstitusiyaya ediləcək dəyişikliklər haqqında tərəfdarlarını məlumatlandıracaqlar:
"Seçki Məcəlləsini imkan verdiyi çərçivədə təbliğat kampaniyası müddətində konstitusiyaya ediləcək dəyişiklərin əhəmiyyəti, onların, günün tələblərinə cavab verməsi, Azərbaycan cəmiyyətinə müsbət təsiri barədə seçici və tərəfdarlarımızı məlumatlandıracağıq. Konstitusiyada ediləcək dəyişiklərin Azərbaycan dövlətçiliyini yeni mərhələyə daxil olması haqqında geniş təşviqat aparılacaq. Həm mərkəzi aparat və həm də yerli partiya təşkilatları bu gün cəmiyyətlə çox sıx bağlıdır. Hər seçkidən-seçkiyə biz seçici və tərəfdarlarımızı, cəmiyyəti yaxşı tanıyırıq. Buna uyğun olaraq da hər sosial qrupa uyğun bizim təbliğat bazamız və materiallarımız var”.
Aydın Mirzəzadə söyləyib ki,Konstitusiyaya dəyişikliklə bağlı artıq müxalifətdən ilkin reaksiyalar da gəlib.
YAP rəsmisi hesab edir ki, radikal müxalifət qeyri-obyektiv şərhlər verir:
"Artıq sosial şəbəkələrdə və mediada müxalifətin keçiriləcək referenduma ilkin reaksiyaları var. Müxalifətin bir hissəsi keçiriləcək referenduma, Konstitusiya dəyişikliklərinə normal baxır. Ənənəvi radikal müxalifət isə qeyri-obyektiv qiymət verir, qeyri-professional şərhlər ortaya qoyurlar. Onların təbliğatlarında referendum əleyhinə bəyanatlar var. Biz buna normal yanaşırıq. Çünki Konstitusiya hər bir kəsin istənilən məsələdə lehinə və əleyhinə səs vermə hüququnu tanıyır. Bununla belə, hesab edirik ki, bizim təbliğatımız daha güclü olacaq”.
A.Mirzəzadə bildirib ki, əgər müxalifət anti-təbliğat zamanı təxribata yol versə, bu barədə ciddi hüquqi ölçü götürüləcək:
"Əgər müxalifət hər hansı anti-təbliğat zamanı təxribat cəhdi edərsə, hüquq-mühafizə orqanları buna adekvat reaksiya verəcək. Biz siyasi rəqiblərimizi sivil, siyasi mübarizəyə dəvət edirik. Əgər onların hansısa məsələlərdə ciddi arqumentləri olarsa, ortaya qoya bilərlər. Amma bu gün açıq şəkildə görürük ki radikal müxalifətin sosial-siyasi bazası çox zəifdir. Ona görə də onların apardığı təbliğat və təşviqatlar uğursuzdur. Effektsiz, mənasız olur və heç bir nəticəyə də təsir edə bimir”.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR