Türkiyənin XİN-də "təmizləmə" başladı - İki vəzifəli şəxs vəzifədən alındı

img

26-07-2016 [14:11]


Türkiyədəki məlum hərbi çevriliş cəhdindən sonra işdən çıxarılma silsiləsinə diplomatlar da qoşulub. 

Xarici İşlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı Tuncay Babalı və Gürcan Balık işdən çıxarılıb.

Bildirilir ki, G.Balık daha əvvəl xarici işlər naziri olmuş Ali Babacan və Əhməd Davudoğlunun müşaviri olub. O daha sonra Əhməd Davudoğlu tərəfindən xüsusi nümayəndə vəzifəsinə irəli çəkilib.

Tuncay Babalı isə uzun müddət Xarici İşlər Nazirliyinin İnsan Qaynaqları Şöbəsinə rəhbərlik edib və daha sonra Kanadaya səfir göndərilib. (Lent.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA