26-07-2016 [12:49]
"Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun "Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin "Ermənistanla yeni müzakirə” başlıqlı məqaləsində yer alan fikirləri APA-ya şərh edərkən deyib.
Səfir bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda Elmar Məmmədyarovla ikitərəfli, beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də müzakirə edib:
"Mövlud Çavuşoğlu bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz dedi ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur.
Ermənistanla münasibətlərə gəlincə, nazirin bununla bağlı qəti fikir bildirdiyini düşünmürəm. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də sadəcə Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.
İsmayıl Alper Coşkun 15 iyul – hərbi çevrilişə cəhddən sonra hazırlanan və Türkiyənin bütün telekanallarında yayımlanan reklam çarxında səslənən "ne mutlu ermeniyim diyene” ifadəsi ilə bağlı məqama da aydınlıq gətirib:
"Siz haqlı olaraq, ermənilərlə bağlı hissəyə diqqət yetirirsiniz. Azərbaycan xalqı bunu bilsin ki, Ermənistanın işğalçılıq siyasəti sizi nə qədər üzür, qəzəbinizə səbəb olursa, o qədər də Türkiyəyə təsir edir. Bu, siyasi bir seçim, məcburiyyət deyil. İçimizdən gələn bir hissdir. Türkiyə ictimaiyyəti və dövlət rəhbərliyi eyni hissi keçirir. Ancaq unutmamaq lazımdır ki, hazırda Türkiyə sıxıntılı günlər yaşayır. Siz məsələyə təbii olaraq, Azərbaycanın nöqteyi-nəzərindən baxırsınız. Amma orda "sünni, şiə, kürd, erməni də olsan” deyilir. Yəni, Türkiyə Cümhuriyyətinin hərbi çevriliş cəhdi qarşısında 80 milyon insanın qurtuluş savaşında olduğu kimi bir araya gəldiyini diqqətə çatdırırlar. Kampaniyanı müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Rəsmi kampaniya da deyil. Nazirimizin sözlərinə istinadən Fatih Çekirgenin yazdığı məqalə və bu kampaniyanın ikisini birlikdə dəyərləndirmənizi anlayışla qarşılayıram. Amma bunların bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Nazirimizin bölgənin inkişafı ilə dedikləri xoşməramlı gözləntidir".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR