“Ermənistanla barışıq prosesinə başlamaq müzakirə olunub” – Çavuşoğlu təsdiqlədi

img

26-07-2016 [11:13]


Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesinə yenidən başlamaq imkanları Bakıda müzakirə olunub.

Bu haqda Türkiyənin xarici işlər naziri Movlut Çavuşoğlu "Haberturk” kanalına müsahibəsində deyib.

Türkiyə xarici işlər nazirinin iyunda Bakıya səfəri zamanı Ermənistanla normallaşma prosesinə yenidən başlamaq imkanlarını araşdırdığı haqda bir gün əvvəl "Hurriyet” qəzeti yazmışdı.

Xarici işlər naziri deyib ki, bu məsələ ilə bağlı Ermənistanla birbaşa müzakirələr olmayıb, ancaq müxtəlif beynəlxalq forumlar zamanı o, erməni həmkarı ilə danışıb. XİN rəhbərinin bildirdiyinə görə, Ankara Qarabağ məsələsində Azərbaycanın tərəfində çıxış edir və Bakının təklif etdiyi bütün həll variantlarını müdafiə edəcək. 

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA