Mirmahmud Mirəlioğlu: ?Müsavatla DUi vahid namizəd məsələsində ciddi nəticələr əldə edib?

img

20-04-2010 [02:18]


?Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında namizədlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparılıb və ciddi nəticələr var. Sadəcə, bunun mətbuata çıxarılması tezdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Demokratiya Uğrunda İttifaqın (DUİ) Müsavatla 20 seçki dairəsi üzrə vahid namizəd müəyyənləşdirməsi haqqında xəbərə münasibət bildirərkən Klassik Xalq Cəbhəsi Partiasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. KXCP sədri bildirib ki, əslində daha ciddi nəticələr var, sadəcə indidən mətbuata çıxırmaq işin xeyrinə deyil. Onun sözlərinə görə, zamanı çatanda hansı nəticələrin əldə olunduğu bəlli olacaq. Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də Demokratiya Uğrunda İttifaqla 20 seçki dairəsi üzrə vahid namizəd müəyyənləşdirildiyi haqda xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA