Milli Məclisin səlahiyyət müddəti azaldılacaq?

img

25-07-2016 [22:07]


Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.

Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında Referendum Aktı layihəsində təklif edilən 981-ci maddəyə yuxarıdakı məzmunda II hissənin əlavə olunması məqsədəuyğun sayılıb(APA).

Qeyd edək ki, bu gün "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib. Xüsusi iclasda Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktı layihəsinə rəy verib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA