Qiyamçı generalın kürəkəni də tutuldu

img

25-07-2016 [16:51]


Türkiyədə hərbi çevriliş cəhdində şübhəli bilinərək həbs edilən Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, general-polkovnik Akın Öztürkün kürəkəni də saxlanılıb.


Generalın kürəkəni Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Hakan Karakuş xüsusi əməliyyat zamanı tutulub. Onunla birlikdə pilot, mayor Mustafa Azatlı da saxlanılıb. Hər iki şəxs polis tərəfindən dindirildikdən sonra məhkəməyə təhvil verilib.

Qeyd olunub ki, hər iki pilot Türkiyədə xüsusi təyinatlı polis idarəsini bombalamaqda şübhəli bilinir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA