Türkiyə həbslər davam edir - Bu dəfə 42 jurnalist saxlanıldı

img

25-07-2016 [11:26]


Türkiyədə hərbi çevriliş cəhdindən sonra ayrı-ayrı sahələrdə həbslər və işdən çıxarılmalar sürətlə davam etdirilir.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecədən başlayaraq, 42 qəzetçi də saxlanılıb:

"Onlar Fətullah Gülənə yaxın olmaqda və çevrilişə dəstək verməkdə ittiham olunurlar. Saxlanılanların arasında tanınmış jurnalist Nazlı İlicak da var".

Qeyd edək ki, 1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri –  "Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR