Konstitusiya məhkəməsində ölkə əhəmiyyətli iclas – Referendumla bağlı qərar veriləcək

img

25-07-2016 [10:14]


Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.

Mia.az xəbər verir ki, iclas Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, 2016-cı il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA