Bu gün erməni boksçuları Azərbaycana gəlirlər

img

20-04-2010 [12:25]


Bakıda gənc boksçuların dünya çempionatı start götürəcək. Yarışda Ermənistan idmançılarının da iştirakı gözlənilir. Qonşu ölkənin boksçuları Gürcüstanın paytaxtı Tiflis şəhərində dünya çempionatına hazırlaşırlar. Ermənistan Boks Federasiyasının baş katibi Leva Oqanesyan Armsport.am saytına erməni boksçularının artıq bu gün ölkəmizə gələcəklərini bildirib. Baş katib müəyyən səbəblərdən səfərin vaxtının dəyişəcəyini də istista etməyib. Leva Oqanesyan bununla belə erməni boksçuların mütləq ölkəmizə yollanacaqlarını vurğulayıb. Azərbaycan Boks Federasiyasından isə ANS PRESS-ə verilən məlumata görə, Federasiyaya erməni boksçularının bu gün ölkəmizə gələcəyi bağlı heç bir məlumat daxil olmayıb. Azərbaycan Boks Federasiyası bundan əvvəl dəfələrlə ermənilərin Bakıya gələcəkləri təqdirdə onların təhlükəsizliklərinə təminat verdiklərini bəyan etmişdi. Xatırladaq ki, Bakıda aprelin 22-də start götürəcək gənc boksçuların dünya çempionatı İslandiyada baş vermiş zəlzələ nəticəsində Avropada bir-çox təyyarə reyslərinin təxirə salınması ilə bağlı aprelin 25-dək təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA