"Biz deyirik yoluna qoyaq, onlar deyir ki, getsin..."- Lavrov ABŞ-la fikir ayrılığından danışdı

img

22-07-2016 [16:24]


"Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır”.

Mia.az apa-ya istinadən xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. "Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır”, - deyə nazir söyləyib.

S. Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: "Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy, xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA