Əvəz Temirxan Rauf Arifoğluna qarzı

img

19-04-2010 [04:58]


?Yeni Müsavat? qəzetində dərc olunan ?Müttəfiqləri Əli Kərimliyə qarşı? başlıqlı yazıda əks olunun fikirlər ?Azadlıq? blokunun digər təmsilçilərini narazı salıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxanın sözlərinə görə, adi bir qeyri ?hökumət təşkilatının konfransda iştirak etmək nə vaxtdan bəri hakimiyyətin legitimləşdirilməsi olub. ?Əgər söhbət saxta hakimiyyəti legitimləşdirilməsindən gedirsə, 2005 ci?ilin seçkilərindən sonra nəticələri total qaydada saxtalaşdırılmış seçkilərdən sonra azsaylı müxalifət deputatlarının parlamentə gedib onu legitimləşdirilməsini təbliğ edən qazetin adı ?Yeni Müsavat? deyildi, bəs nə idi? Azərbaycan nümayəndə heyətinin AŞPA-da rəhbəri S.Seyidovu ingilis dilinə tərcümə etdirib AŞPA üzvləri arasında müxalifət parlamentdə iştirak edəcək yazılarını dərc etmiş qazetin adı ?Yeni Müsavat? deyildisə, nə idi? Bütün bunlar saxta parlamentin legitimləşdirilməsinin təbliğatı deyildisə, bəs nə idi? Yaxşı olardı ki, R.Arifoğlu bizim bir sualımıza cavab versin ki, bu yaxınlarda kimin yanında deyib ki, ? mən 100% bu il deputat seçiləcəm?. ?İctimai rəyə hər cür təsir etmək imkanın var, deputatlıq nəyinə lazım?? sualının cavabında ?deputat olmağın, o kresloda oturmağın ayrı ləzzəti? var deyən R. Arifoğlu deyildi, bəs kim idi? Real postundan 3 dəfə istefa vermiş, halal mandadıtından, üyksək dövlət postlarına yenidən qayıtmaq təklifələrini dəfələrlə qəbul etməmiş Lələ Şövkətin partiyasına iqtididarın qəzetinə çevrilmiş ?Yeni Müsavat? hansı məntiqlə müxalifətçilik ?dərsi? vermək cəsarətində bulunur. R.Arifoglunun qəzeti araşdırsın ki, VİP sədri Əli Əliyevin həmin konfransda məruzəsi olduğunu biləndə nədən Müsavatın başqan müavini AVCİA-nın rəhbəri Məçhərrəm Zülfüqarlıya ?Niyə biz o konfransda məruzəçi deyilik və mən bu məsələni başqanla müzakirə etdikdən sonra iştirakımız bərədə sizə cavab verərəm? deyib. Sonda ALP yetkilisi ?Müxalfiətin çox tədbirlərinə dəvət edilmiş hakimiyyət nümayəndələrinin iştirakdan imtinasını qınayan bu qaragüruhlar nədən başa dümürlər ki, müxalifət deputatlarının parlamentdə iştirakı hakimiyyətin saxta qolu olan parlamenti legitimləşdirdi, bir qeyri-hökumət təşkilatının konfransında iştirak isə heç nəyi legitimləşdirmir. Bütün bunlardan sonra ?Yeni Müsavat? ilə bəzi hakimiyyət qaragüruhçularının arasında fərq varmı? Biz cavabımızı verdik. Qoy ?Yeni Müsavat? da bu suala cavab versin?- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA