"Prezident daha çevik komanda formalaşdırmaq istəyir" - Partiya sədri

img

21-07-2016 [16:43]


"Görünür, cənab prezidet belə addım atmaqla, gələcəkdə daha çevik komanda formalaşdırmaq istəyir”.

Bu sözləri prezident İlham Əliyevin konstitusiyada dəyişiklərlə bağlı sərəncamına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib.

Nəzərdə tutlan konstitutsiya dəyişiklikləri ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fikirlərini pia.az-ın-ın əməkdaşı ilə bölüşüb.

Konstitusiyada dəyişiklik edilməsinin vacibliyini vurğulayan Hafiz Hacıyevə görə, bu addım gələcək üçün uğurlu nəticələrə yola aça bilər: "Ölkədə zaman-zaman müəyyən islahatlar aparılıb. Bu gün də Konstitusiyada aparılacaq islahatlar zəruridir. Fikrimcə, Konstitusiya dəyişikliyi prezidentin gələcəkdə ata biləcəyi ciddi addımlardan biridir. Ona görə də konstitusiya islahatlarının aparılması vacibdir. Bu addım gələcəkdə bizim xalqımız üçün uğurlu ola bilər. Ancaq bununla yanaşı, layiqli kadrlar qoyulsa daha ləyaqətli olar. Əgər bu gün aparılan konstitusiya islahatlarından sonra vitse prezident vəzifəsinə qocalar evindən gətirilən 80-90 yaşlı biri qoyulsa, bu islahatların heç bir əsası olmayacaq. Hər halda bizə konstitusiya dəyişikliyinin ölkəmiz üçün xeyirli olmasını arzulamaq qalır. Görünür, cənab prezidet belə addım atmaqla, gələcəkdə daha çevik komanda formalaşdırmaq istəyir. Ona görə prezidentin ətrafında olan insanlar ona kömək etmək istəmirlər. Ancaq biz bir partiya olaraq hər zaman prezidentə dəstək verəcəyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA