DUi hakimiyyətdən Seçki Məcəlləsinə dəyizikliklər etməyi tələb edir

img

19-04-2010 [03:30]


Demokratiya Uğrunda İttifaqın (DUI) Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUİ SŞ 21 aprel 2010-cu il tarixdə saat 12.00-da KXCP-nin mənzil qərargahında keçiriləcək növbəti Qarabağ forumuna hazırlığın gedişini müzakirə edib. DUİ SŞ Musavat Partiyası ilə aparılan məsləhətləşmələrin gedişini müzakirə edərək müsbət qiymətləndirib. SŞ seçkiyə qədər Seçki qanununa dəyişikliklər edilməsini hakimiyyətdən tələb edir. DUİ SŞ müxalifətin fəaliyyətinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində təşəbbüslərini davam etdirməyi qərara alıb. Növbəti yığıncaqda Seçki qərargahının fəaliyyətinin müzakirəsini qərara almışdır. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA