AMiP rayonlarda qurultayqabağı konfranslar keçirir

img

19-04-2010 [03:04]


17-18 aprel 2010-cu il tarixdə AMİP Şamaxı, Ağsu, Salyan, Biləsuvar, Əzizbəyov, Cəbrayıl və Səbayel Rayon Təşkilatlarında konfranslar keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfranslarda hesabatlar dinlənilib, regionlardakı, eləcə də, ölkədəki mövcud durum müzakirə edilib. Eyni zamanda Rayon Təşkilatlarının rəhbər şəxsləri və partiyanın növbəti X Qurultayına nümayəndələr seçiliblər. Şamaxı, Ağsu, Salyan, Biləsuvar, Əzizbəyov, Cəbrayıl, Səbayıl RT-lərdə sədr postu müvafiq olaraq Şirvan Cəbrayılov, Kərim Qurbanov, Fürsət Sərbətov, Rəfayel Əliyev və Vidadi Bəşirova etibar edilib. Beləliklə, AMİP-in növbəti X Qurultayına hazırlıqla bağlı partiyanın konfranslar keçirdiyi Rayon Təşkilatlarının sayı 15-ə çatıb. Partiyanın katibləri və Siyasi Şuranın üzvləri keçirilən konfranslarda səlahiyyətli nümayəndə kimi iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA