Milli Məclisin bir qrup deputatı Latviyaya gedəcək

img

17-04-2010 [01:23]


Milli Məclisin Latviya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Gültəkin Hacıbəyli və qrupun üzvləri ? Aynur Quliyeva, İlyas İsmayılov, Dünyamin Xəlilov aprelin 19-da Latviyanın paytaxtı Riqa şəhərinə yola düşəcəklər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Latviya tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər zamanı millət vəkilləri ölkə Seyminin sədri, Seymin Hüquq komissiyasının rəhbərliyi, Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə qrupun üzvləri ilə, həmçinin Rezekne şəhər Dumasında bir sıra görüşlər keçirəcəklər. Deputatlarımız latviyalı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişafı, informasiya, təcrübə mübadiləsi və s. məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Səfər aprelin 22-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA