20-07-2016 [10:31]
"Müstəqil Azərbaycanda ilk Konstitusiyanın qəbul olunmasından artıq 20 ildən çox vaxt keçib. Bu müddətdə təbii ki, Azərbaycan cəmiyyətində Avropaya inteqrasiya dəyərləri inkişaf edib. 2000-ci ildə milli qanunvericilik bazasını Avropa Şurasının tələblərinə uyğunlaşdırdıq. Təbii ki, insan hüquq və azadlıqları və Konstitusiyada cəmiyyətlə dövlətin müəyyən atributları inkişaf etdikcə, yeni hüquqi tələblərin təkmiləşdirilməsi meydana çıxır. Bu baxımdan hesab edirəm ki, dəyişiklik ediləcək Konstitusiya aktının yeni layihəsində insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq”.
Bu sözləri Modern.az-a deputat Çingiz Qənizadə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına münasibət bildirərkən deyib.
Deputat referenduma çıxarılacaq Konstitusiyaya aktında Milli Məclisə üzv seçilməyin 18 yaşa endirilməsini mütərəqqi addım hesab edir:
"Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq?
Ona görə də cənab prezidentin həm prezident seçkiləri ilə bağlı yaş həddini götürməsi, həm Milli Məclisə seçkilərlə bağlı yaş həddini ardan qaldırması nəticəsində 18 yaşına çatmış Azərbaycan vətəndaşının seçməklə yanaşı, artıq seçilmək hüququ da olacaq. Bu da insan hüquq və azadlıqlarının təməllərindən biridir”.
Çingiz Qənizadə hesab edir ki,prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək:
"Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması inkişaf etmiş Avropa ölkələrində də var. Demokratik ölkələrin qanunvericiliyində 7 illik prezident institutu var. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var.
Bu baxımdan, həm də 5 ildən bir seçkilərin keçirilməsinin iqtisadi tərəfi var. Xeyli maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər. Kimin prezident seçilməsindən asılı olmayaraq, prezidentin 7 il müddətində hakimiyyətdə qalması normaldır”.
Hüquqşünas deputat düşünür ki, Konstitusiyaya ediləcək yeni dəyişikliklə 1-ci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis edilməsi ilə əslində prezidentin özündən sonrakı səlahiyyətlərə işıq salacaq:
"1-ci vitse-prezident və vitse-prezidentliyin yaradılması ölkə başçısının konstitusion hüququdur.
Azərbaycan tarixində dövlət katibi vəzifəsi olub. Sonradan bu vəzifə ləğv ediləndə xarici siyasət səlahiyyətləri başqa struktura keçdi.
Artıq cənab prezidentin özü olmadıqda səlahiyyətlərinin kimə verilməsi məsələsi qaranlıq idi. Məzuniyyətdə, istrahətdə olanda onun adlndan səlahiyyətlərin, sənədlərin kiminsə imzalaması, bir az anlaşılmaz idi.
Digər tərəfdən beynəlxaq müqavilələri prezident özü olmadıqda imzalamaq I vitse-prezdentə veriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir dövlət idarəçilik modeli olsa da, dünya üçün yeni deyil”.
Deputat Konstitusiyaya ediləcək yeni dəyişikliyə görə, prezidentin parlamenti hansı hallarda buraxa biləcəyinin hüquqi detallarını da açıqlayıb:
"Milli Məclis kollegial qurumların işinin pozarsa, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi hakimlərinin, hökumətin özünün formalaşmasının əleyhinə səs verib, "yox” deyərsə, o zaman prezident parıamenti buraxa bilər.
Çünki Milli Məclisin əslində bilərəkdən hər dəfə prezidentin təklif və qanunvericilik təşəbbüsünə qarşı çıxması dövlət orqanlarının işinin pozulmasına və dövlət irdarəçiliyində ciddi boşluq yaranmasına səbəb ola bilər. Bunun da acı nəticələri ola bilər. Əgər prezidentin təklifini parlament dəfələrlə heç bir əsası olmadan "yox” deyərək geri qaytararsa və bu, digər dövlət orqanlarını iflic vəziyyətinə gətirəcəksə, parlamentin buraxılmasına gedilə bilər”.
Çingiz Qənizadə deyib ki, bu Konstitusiya dəyişikliyindən sonra səhlənkar və laqeyd deputatların vəzifələrinə xitam veriləcək:
"Yeni dəyişiklikdə deputatların özünün funksiyalarının yerinə yetirilməsi ilə bağlı bir məqam var. Milli Məclisin iclaslarında səsvermə hüququnu yalnız özü həyata keçirməlidir. Əks halda, deputatın səlahiyyətlərinə xitam veriləcək. Hesab edirəm ki, bu dəyişiklik millət vəkillərində məsuliyyət hissini artıracaq.
Dəyişiklik daha çox işə can yandırmaq, iclaslarda və qərarların qəbul edilməsində aktiv iştirak etmə kimi məsələni tənzimləyəcək. Bizim bəzi deputatlar var ki, görürük ki, iclas və səsvermədə laqeyd yanaşanlar olur . Artıq bundan sonra onlar daha məsuliyyətli olacaqlar.
40 min seçici səni seçibsə, sənin də borcun səsvermədə, iclaslarda, qanunların qəbulunda iştirak etmək, öz masanın arxasındakı düyməni basmaqdır. Amma bu hüququ başqasına tapşırıb iclasda olmursansa, demək bu ciddi məsuliyyətsizlikdir.
Hesab edirəm ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsi cəmiyyət qarşısında obyektiv şəkildə aparıldıqdan sonra Konstitusiya Məhkəməsi cənab prezidentin təqdim etdiyi sənədi 7 gün müddətində baxıb qərar qəbul edəcək.
Düşünürəm ki, bu addımlar həm siyasətçilər, həm də vətəndaşlar tərəfindən yüksək dəyərləndiriləcək. Gələcəkdə biz referenduma gedərək, nəzərdə tutulan dəyişikliklərin öz əksini Konstitusiyada tapmasına "hə” deyəcəyik”.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR